» » Yaponiyada gəmi qəzası nəticəsində 13 Çin dənizçisi həlak olub

Yaponiyada gəmi qəzası nəticəsində 13 Çin dənizçisi həlak olub


Yaponiyada sənaye gəmisinin qəzaya uğraması nəticəsində 13 Çin dənizçisi həlak olub.


ucarliyiq.biz xəbər verir ki, bu barədə "Sinxua" məlumat yayıb.


Məlumata görə, itkin düşmüş 12 dənizçinin cəsədi yerli vaxtla saat 16:20-də tapılıb. Bundan əlavə, 1 dənizçi də xilasetmə zamanı ölüb.


Cəsədlərin Çin gəmisində qaldığı bildirilir. Onların şəxsiyyəti müəyyənləşdirilir. 


Çinin Osakadakı baş konsulu bildirib ki, işçi qrup tərəfləri əlaqələndirməyə və sonrakı işi başa çatdırmağa davam edəcək.

scroll top