» » Braziliyada uşaq bağçasında yanğın olub: 9 ölü, 41 yaralı

Braziliyada uşaq bağçasında yanğın olub: 9 ölü, 41 yaralı


Braziliyanın Minas-Jerays ştatındakı bələdiyyəyə məxsus uşaq bağçasında baş vermiş yanğın zamanı 7-i uşaq olmaqla, 9 nəfər həlak olub.


ucarliyiq.bizun məlumatına görə, bu barədə "Globo" xəbər verib.


Qeyd olunur ki, hadisə nəticəsində yanğının baş verməsinin təqsirkarı – bağçanın tərbiyəçisi – 50 yaşlı Damian Soares dus Santos da həlak olub. Yanğın zamanı ölən azyaşlıların 4 yaşa qədər uşaqlar olduqları bildirilir.


Son məlumata görə, yanğın zamanı 41 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların 37-i uşaqlardır.


Hadisənin səbəbləri hələlik dəqiqləşdirilməyib. Polis təhqiqat aparır.

scroll top