» » Meksikada hərbi vertolyotun qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub

Meksikada hərbi vertolyotun qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub

Meksikada hərbi vertolyotun qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub

Meksikada hərbi vertolyotun qəzaya uğraması nəticəsində 7 hərbçi həlak olub.


ucarliyiq.biz xəbər verir ki, bu barədə RİA "Novosti" Latın Amerikası ölkəsinin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.


Qeyd olunur ki, "Bell 412" vertolyotu Duranqo ştatında təlim uçuşu zamanı yerə düşüb. Onun göyərtəsində iki pilot və 6 hərbi qulluqçu olub. 


Ağır xəsarətlər almış hərbçilərdən biri vertolyotun qalıqları arasından çıxarılıb və xəstəxanaya göndərilib. Digər hərbçilərin cəsədləri isə yanmış vertolyotun qalıqları altında qalıb.


Qəzanın səbəbləri hələlik müəyyənləşdirilməyib.

scroll top