» » Nyu-York polisi məktəbi güllələməklə hədələyən yeniyetməni saxlayıb

Nyu-York polisi məktəbi güllələməklə hədələyən yeniyetməni saxlayıb


ABŞ-ın Nyu-York şəhərinin polisi Forello La Quardiya adına musiqi, incəsənət və ifaçılıq məharəti üzrə məktəbin şagirdi Bennet Linni saxlayıb.


ucarliyiq.bizun məlumatına görə, bu barədə "RT" xəbər verib.


Xəbərdə bildirilir ki, buna səbəb yeniyetmənin "Instagram" səhifəsində təhsil müəssisəsini güllələmək niyyətini yazmaqla hədələməsi olub.


Qeyd edilir ki, şagirdin təhdidini məktəbin abunəçilər arasında olan şagirdləri görüblər və bu barədə təhsil müəssisəsinin rəhbərliyinə, polisə xəbər veriblər.


Yerli təhsil departamentinin məlumatına görə, cavan oğlanın hərəkətləri ilə bağlı yoxlama aparılıb və aydınlaşıb ki, onun mesajına baxmayaraq, məktəbin təhlükəsizliyini heç nə təhdid etmir.

scroll top