» » NATO PA-nın 63-cü illik sessiyasının komitə iclasları başlayır

NATO PA-nın 63-cü illik sessiyasının komitə iclasları başlayır


Buxarest. 7 oktybar. Bu gün Rumıniyanın paytaxtı Buxarestdə NATO Parlament Assambleyasının (PA) 63-cü növbəti illik sessiyasının komitə iclasları keçiriləcək.


“Report”un Şərqi Avropa bürosunun məlumatına görə iki gün davam edəcək iclaslarda Siyasi, Müdafiə və Təhlükəsizlik, Elm və Texnologiyalar, İqtisadiyyat və Təhlükəsizlik komitələrində Qara dənizdə Siyasi və Təhlükəsizlik İnkişafları, Suriya və İraqda müharibələr və humanitar aspektləri, Ballistik raketdən müadfiə və NATO-Avropa İttifaqı əməkdaşlığı, Avropanın müdafiə sənayesi bazasının vəziyyəti, Yaxın Şərqdə və Şimali Afrikada ərzaq və su təhlükəsizliyi və digər məsələlər müzakirə olunacaq.


Oktyabrın 9-da isə sessiyanın plenar iclası keçiriləcək. İclasda NATO baş katibi Yens Stoltenberq və Rumıniya prezidenti Klaus Yohannis də qatılacaq. Sonda plenar iclasının yekun qətnaməsi qəbul olunacaq.


Qeyd edək ki, NATO PA-nın 63-cü illik iclasında Azərbaycanı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Məlahət İbrahimqızı, Qüdrət Həsənquliyev, Kamran Bayramov təmsil edəcək.

scroll top