» » Ermənistan ordusunda xəsarət alanların sayının çoxalması valideynlərin ciddi narazılığına səbəb olub

Ermənistan ordusunda xəsarət alanların sayının çoxalması valideynlərin ciddi narazılığına səbəb olub


Son vaxtlar Ermənistan ordusunda silah-sursatla davranış zamanı xəsarət alanların sayının çoxalması əsgər valideynlərinin ciddi narazılığına səbəb olub.


ucarliyiq.bizun xəbərinə görə, Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən Ermənistan ordusunun döyüş postlarından birinə yaxın ərazidə mina partlaması nəticəsində Yervand Xaçatryan və Roland Diyeğazaryan adlı hərbi qulluqçular müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


Əsgər Vahe Qriqoryan isə ona təhkim olunmuş silahını təmizləyərkən mövcud nasazlıq səbəbindən açılan atəş nəticəsində əlindən yaralanaraq taborun tibb məntəqəsinə yerləşdirilib. Komandanlıq tərəfindən hadisə barədə əsgərin valideynlərinə məlumat verilməsi qadağan edilib.


Sırxavənd yaşayış məntəqəsi ərazisində müdafiə zolağında mühəndis-istehkam işləri apararkən Aşot İsraelyan adlı hərbi qulluqçu da bədən xəsarətləri alıb. Əsgərin valideynlərinə hadisənin təhlükəsizlik qaydalarının pozulması səbəbindən baş tutması barədə məlumat verilməsinə baxmayaraq, hərbi qulluqçunun yaxınları A.İsraelyana münaqişə zəminində xəsarət yetirildiyi iddiası ilə hüquq-mühafizə orqanlarına müraciət ediblər.


İşğal olunmuş ərazilərimizdə dislokasiya olunan düşmən ordusunun hərbi hissələrində son günlər baş verən hadisələr nəticəsində 10 nəfərdən artıq hərbi qulluqçu ciddi bədən xəsarətləri almışdır ki, bu da əsgər valideynləri tərəfindən sosial şəbəkələrdə Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyinin ünvanına çoxlu sayda şikayətlərin səsləndirilməsinə səbəb olub.


Valideynlərin haqlı narazılığına səbəb olan hallardan biri də Ermənistan müdafiə nazirliyi istintaq idarəsi tərəfindən aparılan cinayət işləri zamanı valideynlərin müxtəlif haqsızlıqlara və süründürməçiliklərə məruz qalmalarıdır. Valideynlər bildirirlər ki, istintaq aparan müstəntiqləri hadisələrdə günahı olanların müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması deyil, kimdən necə və nə qədər rüşvət ala biləcəkləri daha çox maraqlandırır.

scroll top