» » Fransada futbolçu və qardaşı güllələnərək qətlə yetirilib

Fransada futbolçu və qardaşı güllələnərək qətlə yetirilib

Fransada futbolçu və qardaşı güllələnərək qətlə yetirilib

Fransada “Qrini YS” futbol klubunun 28 yaşlı oyunçusu Muddi Silla və onun qardaşı 26 yaşlı Samba aldıqları güllə yarasından yerli xəstəxanada ölüblər.


“Report” “Actualites”ə istinadən xəbər verir ki, qardaşlar oktyabrın 5-də güllələniblər. Onlar xəstəxanaya yerləşdiriliblər və orada ölüblər.


Məlumata görə, Muddi Sillanın ölümü ilə əlaqədar “Qrini” komandasının iştirakı ilə keçirilən Fransa Kuboku uğrunda 5-ci mərhələnin iki oyunun tarixi dəyişdirilib . Oyunun tarixi barədə məlumatın veriləcəyi bildirilib.


Cinayəti törətməkdə şübhəli bilinən şəxs tutulub.

scroll top