» » Almaniya kansleri hökumət quracağı partiyaların adlarını açıqlayıb

Almaniya kansleri hökumət quracağı partiyaların adlarını açıqlayıb

Almaniya kansleri hökumət quracağı partiyaların adlarını açıqlayıb
© AFP 2017/ Thomas Kienzle

Almaniya kansleri Angela Merkel ilk dəfə hökuməti Almaniya Azad Demokratlar Partiyası və “Yaşıllar” Partiyası ilə quracağını açıqlayıb.


“Report” TASS-a istinadən xəbər verir ki, Merkel bunu Drezden şəhərində Almaniya Gənclər İttifaqının təmsilçiləri qarşısında çıxşı zamanı bildirib.


Qeyd edək ki, sentyabrın 24-də Almaniyada parlament seçkiləri keçirilib. Seçkidə 42 partiya iştirak edib. Nəticələrə əsasən, XDİ/XSİ 33 faiz (Xristian Demokratlar İttifaqı 26,8 faiz (200 yer), Xristian Sosial İttifaqı 6,2 faiz (46 yer)), Sosial-Demokratik Partiya 20,5 faiz (153 yer), Almaniya üçün Alternativ Partiya 12,6 (94 yer), Azad Demokratik Partiya 10,7(80) ,“Sollar” 9,2 (69), “Yaşıllar” 8,9 faiz (67) səs toplayıblar.


Yeni hökuməti qurmaq üçün Angela Merkelə parlamentdəki 709 yerdən 355-i lazımdır. Alyansın isə 246 yeri var. Odur ki, liberallar və “yaşıllar”ın 19,6 faizlik səs koalisyanı qurmağa kifayət edir.


Sosial-Demokratik Partiyanın sədri Martin Şults səsvermədən sonra tərəfdarları qarşısındakı çıxışında partiyaya liderlik edəcəyini və hakim koalisiyadan çıxaraq müxalifətə keçəcəklərini bildirib.


AFR parlamentinə seçkilər hər 4 ildən bir keçirilir. Ölkə üzrə 18 yaşdan yuxarı 61,5 milyon seçici var. Almaniya Bundestaqına seçkilər qarışıq: 50 faiz mojaritar, 50 faiz proporsional sistem üzrə keçirilir.

scroll top