» » Kaxa Kaladze: “Tbilisinin mərkəzindəki Bakı küçəsi əsaslı təmir olunmalıdır”

Kaxa Kaladze: “Tbilisinin mərkəzindəki Bakı küçəsi əsaslı təmir olunmalıdır”

Kaxa Kaladze: “Tbilisinin mərkəzindəki Bakı küçəsi əsaslı təmir olunmalıdır”

Tbilisi. 7 oktyabr. “Oktyabrın 21-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına və Tbilisi şəhərinin meri vəzifəsinə seçkilər keçiriləcək. Mən mer seçilsəm Tbilisidəki Bakı küçəsini əsaslı təmir etdirəcəyəm”.


Bu sözləri “Report”un Gürcüstan bürosuna Gürcüstanın keçmiş energetika naziri, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasından Tbilisi şəhər meri vəzifəsinə namizəd Kaxa Kaladze söyləyib.


Kaladze deyib: “Tbilisi şəhərindəki köhnə küçələrin təmiri bizim üçün prioritet məsələlərdən biridir. Tbilisinin mərkəzində belə küçələrdən biri də Bakı küçəsidir. Azərbaycan bizim üçün yaxın qonşu və dost ölkədir. Hesab edirəm ki, Bakı küçəsi də öz görkəmini dəyişməli və yenilənməlidir. Tbilisi şəhərinin meri seçilsəm Bakı küçəsinin təmiri və yenidən qurulması üçün əlimdən gələni edəcəyəm”.


Kaxa Kaladze seçkilərdə qalib gələcəyi təqdirdə şəhərin abadlaşdırılması istiqamətində çox işlər görüləcəyini vurğulayıb.

scroll top