» » Kaladze: “Bakı və Tbilisi şəhərləri arasında qardaşlaşma haqqında memoranduma ehtiyac var”

Kaladze: “Bakı və Tbilisi şəhərləri arasında qardaşlaşma haqqında memoranduma ehtiyac var”


Tbilisi. 7 oktyabr. “Bakı və Tbilisi şəhərləri arasında qardaşlaşma haqqında” memorandumun imzalanması Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin daha da inkişafında mühüm rol oynayacaq”.


Bu sözləri “Report”un Gürcüstan bürosuna müsahibəsində hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının Tbilisi şəhər meri vəzifəsinə namizədi, Gürcüstanın sabiq energetika naziri Kaxa Kaladze söyləyib.


K.Kaladze deyib:


“Azərbaycan ilə Gürcüstan yaxın dost, qardaş, strateji tərəfdaş ölkələrdir. Bu gün bizim müxtəlif şəhərlərimiz arasında qardaşlama haqqında müqavilələr var. Belə bir memoranduma ehtiyac var. Düşünürəm ki, belə bir sənədin Bakı və Tbilisi şəhərləri arasında da imzalanması hər iki dövlətin maraqlarına xidmət edəcək.”.


Kaladze Tbilisi şəhərinin meri seçiləcəyi təqdirdə bu istiqamətdə səylərini artıracağını bildirib.


Oktyabrın 21-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına və Tbilisi şəhər meri vəzifəsinə seçkilər keçiriləcək.

scroll top