» » XİN rəhbəri: "Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılışı Bakı şəhərində olacaq”

XİN rəhbəri: "Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılışı Bakı şəhərində olacaq”


Tbilisi. 8 oktyabr. “Bakı-Tbilisi-Qarsa dəmir yolunun rəsmi açılışı oktyabrın 30-da Bakı şəhərində keçiriləcək”.


“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 8-də Tbilisidə gürcü həmkarı Mixeil Canelidze ilə görüşdə bildirib.


O deyib ki, bu beynəlxalq layihənin açılışında bir sıra dövlətlərin nümayəndə heyətləri də iştirak edəcək.


E.Məmmədyarov gürcü həmkarını bu tədbirə dəvət edib.

scroll top