» » Rusiyada təyyarə qəzası baş verib: ölənlər var

Rusiyada təyyarə qəzası baş verib: ölənlər var


Rusiyanın Stavropol diyarında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.


ucarliyiq.biz xəbər verir ki, bu barədə "TASS" fövqəladə xidmətlərdəki mənbəyə istinadən məlumat yayıb.


Hadisə nəticəsində 2 nəfər ölüb. Qəzaya uğrayan təyyarənin yandığı bildirilir.


Təyyarənin xüsusi şirkətə məxsus olduğu ehtimal edilir. Hadisə yerinə təhqiqat qrupu cəlb edilib. 


Qəzanın başvermə səbəbləri barədə məlumat verilmir. 

scroll top