» » Türkiyə ABŞ vətəndaşlarına vizaların verilməsini dayandırıb

Türkiyə ABŞ vətəndaşlarına vizaların verilməsini dayandırıb


Türkiyə ABŞ hökumətinin bu ölkənin vətəndaşlarına viza verilməsini dayandırmaq qərarına cavab verib.


ucarliyiq.bizun məlumatına görə, bununla bağlı bəyanat Türkiyənin Vaşinqtondakı səfirliyinin "Twitter"ində yayılıb.


Qeyd olunur ki, Türkiyə hökuməti ABŞ-ın bu ölkədəki bütün diplomatik missiyalarında qeyri-immiqrant viza məsələsini dayandırmaq qərarına cavab olaraq Türkiyə ərazisindəki bütün diplomatik missiyalarda vizaların verilməsini dayandırıb. Bildirilir ki, səfirliyik və konsulluqlar vizaların verilməsi üzrə işi dayandırıb.


Qeyd edək ki, dünən Birləşmiş Ştatların İstanbuldakı konsullluğunun əməkdaşının həbsinə cavab olaraq ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. 

scroll top