» » Tramp Puerto-Rikodakı işiylə bağlı özünü tərifləyib

Tramp Puerto-Rikodakı işiylə bağlı özünü tərifləyib


ABŞ prezidenti Donald Tramp "Mariya" qasırğasından zərər çəkmiş Puerto-Rikoya görə etdiklərinə vaxt tapdığı üçün özünü tərifləyib.


ucarliyiq.biz xəbər verir ki, Ağ Ev rəhbəri "Twitter"də videoyazı ilə müşayiət edilən mesaj yazıb.


Videogörüntüdə federal hakimiyyətin ada dövlətinə necə kömək etdiyi nümayiş olunur.


"Heç kim mənim Puerto-Riko üçün etdiyimi edə bilməzdi", - deyə Tramp yazıb. ABŞ prezidenti etdiklərinə görə az minnətdarlıq aldığını da vurğulayıb.


O, Puerto-Rikoda çox işin olduğunu əlavə edib. 

scroll top