» » Türkiyədə qatar avtomobillə toqquşub: ölənlər və yaralananlar var

Türkiyədə qatar avtomobillə toqquşub: ölənlər və yaralananlar var

Türkiyədə qatar avtomobillə toqquşub: ölənlər və yaralananlar var
© haberturk.com

Türkiyənin qərbində qatarla avtomobilin toqquşması nəticəsində bir neçə nəfər ölüb.


“Report” Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Germencik şəhərində baş verib.


Belə ki, dəmiryolu keçidində qatar avtomobilə çırpılıb. Nəticədə 3 nəfər hadisə yerində ölüb. 


Qəza zamanı daha 3 nəfərin xəsarət aldığı bildirilir. Onlardan 2-nin vəziyyəti ağır qiymətləndirilir.


Faktla bağlı araşdırma aparılır. 

scroll top