» » “ASAN Xidmət” mərkəzlərində nağdsız ödəniş imkanı yaradılıb

“ASAN Xidmət” mərkəzlərində nağdsız ödəniş imkanı yaradılıb

“ASAN Xidmət” mərkəzlərində nağdsız ödəniş imkanı yaradılıb
© Report

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (VXSİDA) tabeliyindəki “ASAN xidmət” mərkəzlərində ödəniş kartları vasitəsilə nağdsız ödənişlərin aparılması imkanı yaradılıb.


Bu barədə “Report”a Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.


Məlumata görə, qurum “ASAN xidmət” mərkəzlərində müxtəlif ödəniş həllərinin tətbiqi və görüləcək işlərin koordinasiyası məqsədi ilə bu ilin avqust ayında Azərbaycan Mərkəzi Bankının, VXSİDA-nın, həmin mərkəzlərdə fəaliyyət göstərən bankların, həmçinin xidmət mərkəzlərinin də nümayəndələrinin təmsil olunduğu işçi qrupu yaradıb. Birgə fəaliyyət nəticəsində 4 saylı Bakı “ASAN xidmət” mərkəzində və 2 saylı Bakı “ASAN Kommunal Mərkəzi”ndə ödəniş kartları ilə POS-terminal vasitəsilə təqdim olunan xidmətlərə görə nağdsız ödənişlərin aparılması imkanı təmin edilib. Eyni zamanda 1 saylı Bakı “ASAN xidmət” mərkəzində quraşdırılmış “ASAN ödəniş” terminallarında müvafiq xidmətlər üzrə ödəniş kartları vasitəsilə nağdsız ödənişlər aparıla bilər.


Bu istiqamətdə həyata keçiriləcək tədbirlər əsasında digər “ASAN xidmət” mərkəzlərində də nağdsız ödənişlərin aparılması imkanı yaradılacaq. 

scroll top