» » BQXK Əfqanıstandakı işçilərin sayını əhəmiyyətli dərəcədə azaldır

BQXK Əfqanıstandakı işçilərin sayını əhəmiyyətli dərəcədə azaldır

BQXK Əfqanıstandakı işçilərin sayını əhəmiyyətli dərəcədə azaldır
© TASS

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) bu il təşkilatın 7 əməkdaşının ölümü ilə nəticələnən bir sıra hücumlardan sonra Əfqanıstandakı fəaliyyətini azaltmaq niyyətindədir. 


Bu barədə ucarliyiq.biz "Reuters" agentliyinə istinadən xəbər verir.


Təşkilatın Əfqanıstandakı nümayəndə heyətinin rəhbəri Monika Dzanarelli bundan başqa çıxış yollarının olmadığını, amma ölkəni tamamilə tərk etməyəcəklərini bildirib.


Xatırladaq ki, bu ilin fevral ayında Əfqanıstanın Cövzcan vilayətində BQXK-nin 6 əməkdaşı həlak olub, daha 2 nəfər itkin düşüb.


Sentyabr ayında isə BQXK Əfqanıstanın şimalındakı Bəlx vilayətində əməkdaşının həlak olduğunu təsdiqləyib.

scroll top