» » Rusiya donanması Xəzər dənizində təlim keçirir

Rusiya donanması Xəzər dənizində təlim keçirir

Rusiya donanması Xəzər dənizində təlim keçirir

Rusiyanın Xəzər donanmasının 20-dən çox gəmi ekipajı Xəzər dənizində təlimlərə başlayıb. Təlimlər zamanı ekipajlar dəniz, sahil və hava hədəflərinə kompleks raket və artilleriya atəşləri üzərində işləyəcək.


ucarliyiq.biz RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəhbəri Vadim Astafyev məlumat verib.


Onun sözlərinə görə, təlimlərə "Dağıstan" və "Tatarıstan" raket gəmiləri, "Qrad Sviyajsk" "Uqliç", "Böyük Ustyuq" kiçik raket gəmiləri, "Həştərxan", "Volqodonsk" və "Mahaçqala" kiçik artilleriya gəmiləri cəlb olunub.

scroll top