» » Türk lirəsinin ucuzlaşması qlobal bazara sıçraya bilər

Türk lirəsinin ucuzlaşması qlobal bazara sıçraya bilər


Türk lirəsində müşahidə olunan ucuzlaşma qlobal maliyyə bazarına da sıçraya bilər. 


ucarliyiq.biz-in "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, bu proqnozu agentliyə makrostrategiya üzrə mütəxəssis Mark Qudmor verib. Mütəxəssisin sözlərinə görə, dünyanın hər bir yerində investorlar türk lirəsindəki mənfi proseslərə hazır olmalıdırlar.


Qeyd edək ki, bu gün səhər saatlarında türk lirəsi ABŞ-Türkiyə münasibətlərində yaranan siyasi gərginlik nəticəsində dollarla müqayisədə 6%-ə yaxın ucuzlaşıb. Bu, TRY/USD məzənnəsi üçün son 8,5 ayın ən yüksək həddi olub.

scroll top