» » “European Tobacco - Baku” səhmdarlarına dividend ödəyəcək

“European Tobacco - Baku” səhmdarlarına dividend ödəyəcək


Dekabrın 2-də “European Tobacco - Baku” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.


“Report” xəbər verir ki, yığıncaq saat 10:00-da müəssisənin yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 1-ci Köndələn küçəsi, 21 ünvanında olacaq.


Yığıncağın gündəliyinə səhmdar cəmiyyətin idarəetmə orqanlarının 2016-cı ilin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə dair illik hesabatın təsdiqi, eləcə də dividentlərin bölüşdürülməsi məsələsi daxildir.


Xatırladaq ki, “European Tobacco - Baku” ASC 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 44 635 220 manatdır. 

scroll top