» » AMB-nin depozit hərracında tələb təklifi 4,6 dəfə üstələyib

AMB-nin depozit hərracında tələb təklifi 4,6 dəfə üstələyib

AMB-nin depozit hərracında tələb təklifi 4,6 dəfə üstələyib
© Report

Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib.


“Report” AMB-yə istinadən xəbər verir ki, hərracda 100 mln. manatın cəlb edilməsi nəzərdə tutulsa da, tələb bundan çox 4,6 dəfə çox-456,3 mln. manat təşkil edib.


Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ümumilikdə 100 mln. manat cəlb olunub. Orta ölçülmüş faiz dərəcəsi isə illik 10,01% təşkil edib.

scroll top