» » Azərbaycana "Siemens" transformatorları gətirilib

Azərbaycana "Siemens" transformatorları gətirilib

Rusiyanın “RZD Logistika” şirkəti “Siemens” transformatorlarını Qazaxıstan və Azərbaycana çatdırıb. “Report”un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, ümumilikdə hər iki ölkəyə 3 transformator çatdırılıb.


“RZD Logistika”nın məlumatına görə, transformatorlar Sumqayıt şəhərinə təhvil verilib və hər bir bağlamanın çəkisi 75 tondan artıq olub.


Layihə Cənub-Şərqi Dəmiryolu Xətti ilə birlikdə ümumilikdə 10 günə həyata keçirilib.

scroll top