» » Azərbaycanın lizinq şirkətləri Dövlət Gömrük Komitəsi ilə danışıqlar aparır

Azərbaycanın lizinq şirkətləri Dövlət Gömrük Komitəsi ilə danışıqlar aparır

Azərbaycanın lizinq şirkətləri Dövlət Gömrük Komitəsi ilə danışıqlar aparır
“MCB Leasing” ASC-nin İdarə Heyətinin sədri Rəmal Cəfərov

Azərbaycanın aparıcı lizinq şirkətləri lizinq məqsədi ilə ölkəyə gətirilən malların əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi üçün Dövlət Gömrük Komitəsi (DGK) ilə danışıqlar aparır.


Bu barədə “Report”a açıqlamasında “MCB Leasing” ASC-nin İdarə Heyətinin sədri Rəmal Cəfərov məlumat verib.


“Bildiyiniz kimi, keçən il Vergi Məcəlləsinə dəyişiklik edildi və lizinq məqsədli malların idxalı ƏDV-dən azad olunub. Amma DGK ilə birlikdə bu yeniliyin tətbiqində hələ ki, problemlər var. Əsas çətinlik idxal olunan hansısa avadanlığın, maşının iqtisadi əhəmiyyyətinin müəyyən edilməsi ilə bağlıdır. Yəni, kimsə Azərbaycana maşın gətirə bilər, bunun sahibkarlığın inkişafı üçün lazım olduğunu deyə bilər, amma əsl məqsədi istehlak ola bilər. Bu baxımdan məsələ həll olunmamış qalır. Dəfələrlə Komitənin rəhbərliyi ilə görüşmüşük, məktublarla müraciət etmişik, ümid edirik ki, ortaq məxcərə gələcəyik”, - deyə R.Cəfərov qeyd edib.

scroll top