» » Venesuela prezidenti neft ölkələrinin forumunun keçirilməsini təklif edib

Venesuela prezidenti neft ölkələrinin forumunun keçirilməsini təklif edib

Venesuela prezidenti neft ölkələrinin forumunun keçirilməsini təklif edib
© SERGEI GAPON /GETTY IMAGES

Venesuela prezidenti Nikolas Maduro OPEC-ə üzv və kartelə daxil olmayan ölkələrin sammitinin keçirilməsini təklif edib.


“Report” “İzvestiya” qəzetinə istinadən xəbər verir ki, bu barədə prezident “Venezolana de Television” kanalında bildirib: “Bir düstura başlamışıq, bu, ilkin təklifdir. Ümid edirik ki, gələn həftə və aylarda onu təkmilləşdirək, təkliflər alaq, kimin razı, kimin narazı olduğunu bilək”.


Prezident qeyd edib ki, belə forum neftin qiymətinin yeni strategiyasının müəyyənləşməsində müzakirə və sabitləşmə üçün platforma ola bilər.

scroll top