» » Mövlud Çavuşoğlu: "Türkiyə Moskvadan "S-400" almaqdan imtina edə bilər"

Mövlud Çavuşoğlu: "Türkiyə Moskvadan "S-400" almaqdan imtina edə bilər"

Mövlud Çavuşoğlu: "Türkiyə Moskvadan "S-400" almaqdan imtina edə bilər"
© Report — Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu

"Türkiyə "S-400" zenit-raket sistemlərinin (ZRS) birgə istehsalı üzrə anlaşma əldə olunmayacağı təqdirdə Moskvadan belə raket sistemləri almaqdan imtina edə bilər."


ucarliyiq.biz xəbər verir ki, bu barədə "Akşam" qəzetinə müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.


Onun sözlərinə görə, Türkiyə bu mövzuda hələ heç bir rəsmi imtina almayıb.


"Putin özü bizə birgə istehsal üçün addımlar ata biləcəyimizi söyləmişdi. Ona görə də texnologiya aktualdır. Yox, Rusiya bu anlaşmaya mənfi yanaşırsa, başqa ölkə ilə anlaşa bilərik", - M.Çavuşoğlu deyib.


Nazir vurğulayıb ki, Ankarı ölkənin hava məkanı qorumaq üçün təcili şəkildə "S-400" almalıdır.


"Rusiyaya qarşı olan ölkələr Türkiyənin məhz onlardan "S-400" almasını istəyirsə, bizə öz variantlarını təqdim etməlidirlər", - XİN başçısı bildirib.

scroll top