» » SKMF Abşeronda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Abşeronda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb


İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Abşeron rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.


“Report” nazirliyə istinadən xəbər verir ki, fond startap layihələrinin, ixtisaslaşdırılmış "yaşıl market"in, tara istehsalı müəssisəsinin və müasir istixana kompleksinin, zeytunçuluq, badamçılıq təsərrüfatlarının yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulunu məqsədəuyğun hesab edib.


İş adamları müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ə müraciət edə bilərlər.


Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 172;


Telefon: (012) 434-74-29;


Faks: (012) 432-37-17;


e-poçt: info@anfes.gov.az;

scroll top