» » Yens Stoltenberq: "NATO yeni soyuq müharibə istəmir"

Yens Stoltenberq: "NATO yeni soyuq müharibə istəmir"

Yens Stoltenberq: "NATO yeni soyuq müharibə istəmir"
© nato.int — NATO-nun Baş katibi Yens Stoltenberq

"Rusiyanın sərhədlərimız yaxınlığında hərbi gücünü artırması bizi narahat edir".


ucarliyiq.biz xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Buxarestdə NATO-nun Parlament Assambleyasının sessiyasında çıxış edərkən deyib.


O, Rusiyanın "Zapad-2017" kimi hərbi təlimlərindən söhbət açarkən şəffaflığın olmadığını qeyd edib.


"Biz yenə də Rusiyanı beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırırıq. Rusiya qonşumuzdur, onu təcrid etmək istəmirik. NATO yeni soyuq müharibə istəmir. Addımlarımız münaqişə yaratmağa yox, əksinə, onun qarşısını almağa yönəlib", - baş katib bildirib.


Alyansa qarşı təhdid və çağırışlardan danışan Y.Stoltenberq terrorizmlə mübarizənin, Əfqanıstandakı əməliyyatların əhəmiyyətini vurğulayıb: "Əfqanıstandakı vəziyyət mürəkkəbdir. NATO Əfqanıstanı çox erkən tərk etsə, ölkənin xaosa qərq olacağı riski yaranacaq. Sonuncu dəfə belə olanda ABŞ-da 11 sentyabr terror hücumu baş verib. Nəticədə təqribən 3 min nəfər həlak olub. Bunun yenidən baş verməsinə icazə verə bilmərik. Buna görə Əfqanıstandakı əməliyyatları davam etdiririk."

scroll top