» » Türkiyə hərbçiləri Suriyanın İdlib əyalətinə daxil olub

Türkiyə hərbçiləri Suriyanın İdlib əyalətinə daxil olub


Türkiyə Silahlı Qüvvələri Suriya sərhədini keçərək İdlib əyalətinə daxil olub.


“Report” "Haberturk"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.


Qeyd edək ki, oktyabrın 7-də Türkiyə Silahlı Qüvvələrinin canlı qüvvəsi və texnikası Suriyanın İdlib əyalətinə daxil olmaq üçün sərhədə yerləşdirilib. Onlar Qazaxıstanın paytaxtı Astana şəhərində üç təminatçı dövlətin - Türkiyə, İran və Rusiya arasında əldə edilən razılaşmaya uyğun olaraq İdlibə giriblər. Ərazi Astanada baş tutan altıncı görüşdə “münaqişəsiz” bölgə elan edilib.


Məlumata görə, üç təminatçı dövlətin səlahiyyət verdiyi müşahidəçilər münaqişəsiz bölgələrə nəzarət edəcək. Onların əsas vəzifələri Bəşşar Əsəd rejimi ilə müxalif qüvvələr arasında atışmanın qarşısını almaqdır.


Türkiyə, İran və Rusiyanın hər biri bölgəyə 500 müşahidəçi göndərəcək. Türkiyə hərbçiləri İdlibin daxilinin, Rusiya isə ətrafının təhlükəsizliyini təmin edəcək.


Xatırladaq ki, İdlib Türkiyənin Hatay əyaləti ilə həmsərhəddir.

scroll top