» » Azərbaycandakı 31 bankdan cəmi 4-ü şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərir

Azərbaycandakı 31 bankdan cəmi 4-ü şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərir

Azərbaycandakı 31 bankdan cəmi 4-ü şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərir
© Report

Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin (www.taxes.gov.az) “Yaşıl dəhliz” bölməsində açıqladığı şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyicilərinin siyahısında Azərbaycanda 31 bankdan cəmi 4-nün adı var.


“Report” xəbər verir ki, bunlar “Accessbank”, “Bank Respublika” və “Ziraat Bank (Azerbaijan)” ASC-lər, eləcə də “Yapı Kredi Bank (Azerbaijan)” QSC-dir.


Sığorta şirkətləri ilə bağlı vəziyyət isə nisbətən yaxşıdır. Belə ki, 20 sığortaçıdan 13-nün adı sözügedən siyahıda var. Bunlar “AXA Mbask”, “A-Qroup Sığorta”, “Atasığorta”, “Atəşgah Həyat Sığorta”, “Atəşgah Sığorta, “Azərbaycan Sənaye Sığorta”, “Azsığorta, “Bakı Sığorta”, “Xalq Sığorta”, “Qala Həyat Sığorta, “Meqa Sığorta”, “PAŞA Həyat Sığorta”, “PAŞA Sığorta” və “Silkway Insurance” ASC-lədir. Həmçinin ölkənin yeganə təkrarsığorta şirkəti “AzRe Təkrarsığorta” ASC də şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyicisidir.


Siyahıya bank olmayan kredit təşkilatlarından (BOKT) heç birinin adı yoxdur. Yalnız 1 kredit ittifaqının adı həmin siyahıya düşüb. Bu, “Abbas Kredit İttifaqı” MMC-dir.


Bundan başqa, Azərbaycanın maliyyə bazarında fəaliyyət göstərən investisiya şirkətləri və “Bakı Fond Birjası” QSC də şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyicisi deyil. 


Siyahı ilə http://www.taxes.gov.az/uploads/2017/sheffaf/sh09102017.pdf linki vasitəsilə tanış olmaq olar. 

scroll top