» » Vladimir Putin son günlər 8 qubernator, respublika və diyar başçısını istefaya göndərib

Vladimir Putin son günlər 8 qubernator, respublika və diyar başçısını istefaya göndərib

Vladimir Putin son günlər 8 qubernator, respublika və diyar başçısını istefaya göndərib
© AFP 2017/ DON EMMERT

Rusiya prezidenti Vladimir Putin son 15 gün ərzində 8-ci qubernatoru istefaya göndərib.


“Report” BBC-yə istinadən xəbər verir ki, dövlət başçısı oktyarbın 9-da Omsk vilayətinin qubernatru Viktor Nazarovun istefa ərizəsini qəbul edib.


Kreml onun öz ərizəsi ilə könüllü şəkildə istefa verdiyi barədə məlumat yayıb.


Qeyd edək ki, sentyabrın 25-dən indiydək Dağıstan Respublikası, Samara, Novosibirsk, Orlov, Smolensk vilayətləri, Primorsk və Krasnoyarsk diyarlarının başçıları istefaya göndəriliblər. 

scroll top