» » “Azercell Telecom”: Güzəştli kreditlə smartfon alanlar onu 3-cü şəxslərə satırlar

“Azercell Telecom”: Güzəştli kreditlə smartfon alanlar onu 3-cü şəxslərə satırlar

“Azercell Telecom”: Güzəştli kreditlə smartfon alanlar onu 3-cü şəxslərə satırlar
© Report

 Son vaxtlar “Azercell Telecom” MMC-nin güzəştli kredit kampaniyası çərçivəsində abunəçilərin istifadəsinə verdiyi mobil telefon (smartphone) cihazlarının 3-cü şəxslərə təkrar satılması üzrə sui-istifadə halları müşahidə edilir. 


“Report” xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda qeyd edilib.


Açıqlamada deyilir ki, belə cihazlara mülkiyyət hüququ müvafiq ödənişlər tam həcmdə həyata keçdikdən sonra əldə edilir və bundan sonra özgəninkiləşdirilə bilər.


"Bu səbəbdən ödənişləri tam həcmdə həyata keçirilməyə və borclanmış həmin cihazlardan istifadəyə məhdudiyyət tətbiqi halları mümkündür. Belə hallarda müvafiq cihazlar ilə bağlı yaranan mübahisələrə görə “Azercell Telekom” cavabdehlik daşımır və belə hüquqazidd əməliyyatlarda iştirak edən şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməsi hüququnu özündə saxlayır. Göstərilənləri nəzərə alaraq qeyri-rəsmi, şübhəli mənbələrdən, yeni və yaxud istifadə olunmuş mobil telefon (smartphone) cihazlarını əldə etməməyi tövsiyə edilir. Eyni zamanda bildirilir ki, əldə edilməsi arzu edilən mobil telefon (smartphone) cihazının güzəştli kredit kampaniyaya aidiyyatını “Azercell Telekom”un Müştəri Xidmətlərinə müraciət etməklə dəqiqləşdirməniz mümkündür", - deyə açıqlamada bildirilir. 

scroll top