» » Türkiyə prezidenti Ukraynada səfərdədir

Türkiyə prezidenti Ukraynada səfərdədir

Türkiyə prezidenti Ukraynada səfərdədir
© Shutterstock

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada səfərdədir.


ucarliyiq.biz Ukrayna KİV-inə istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə lideri Ukrayna ilə Türkiyə arasındakı yüksək səviyyəli Strateji Şurada iştirak etmək niyyətindədir.


Səfər zamanı Ukrayna prezidenti P.Poroşenko ilə təkbətək, eləcə də Ukrayna Ali Radasının sədri Andrey Parubiy və Ukraynanın baş naziri Vladimir Qroysman ilə görüşlər planlaşdırılır.


Tərəflər strateji xarakterli münasibətləri dərinləşdirmək üçün əməkdaşlıq yollarını, eləcə də Krım və Krım tatarları ilə bağlı vəziyyəti müzakirə etmək niyyətindədirlər.


Səfərin yekununda bir sıra sənədlərin imzalanması planlaşdırılır.

scroll top