» » Ermənistanda hərbi təlimlər keçirilir

Ermənistanda hərbi təlimlər keçirilir

Ermənistanda hərbi təlimlər keçirilir

Ermənistanda "Baqramyan" poliqonunda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv operativ reaksiya qüvvələrinin "Qarşılıqlı əməkdaşlıq-2017" birgə hərbi təlimləri başlayıb.


ucarliyiq.biz "Sputnik-Ermənistan"a istinadən xəbər verir ki, təlimlərə Rusiyanın Cənub Hərbi Dairəsinin komandanı, general-polkovnik Aleksandr Dvornikov rəhbərlik edir.


Onun sözlərinə görə, təlimlər zamanı iştirakçılar kəşfiyyat-atəş və zərbə konturları, eləcə də döyüş şəraitində manevr hərəkətləri də daxil olmaqla döyüş aparılmasının ən müasir üsulları ilə təcrübədə tanış olacaqlar.


"Qarşılıqlı əməkdaşlıq-2017" birgə əməliyyat-strateji təlimləri Ermənistan Silahlı Qüvvələrinə məxsus "Baqramyan" poliqonunda və Rusiya Silahlı Qüvvələrinin 102-ci hərbi bazasına məxsus "Alagöz" poliqonunda keçirilir.


Təlimlərdə, təxminən, 2 min hərbçi və 400-dən çox hərbi texnika iştirak edir.


Təlimləri izləyənlər arasında KTMT-nin baş katibi Yuri Xaçaturov da var.

scroll top