» » GUAM ölkələri arasında azad iqtisadi zona yaradılacaq

GUAM ölkələri arasında azad iqtisadi zona yaradılacaq

GUAM ölkələri arasında azad iqtisadi zona yaradılacaq

Tbilisi. 9 oktyabr. GUAM ölkələri arasında azad iqtisadi zona yaradılacaq.


Bu sözləri “Report”un Gürcüstan bürosuna açıqlamasında Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze söyləyib.


Nazir deyib:


“Ötən 20 il ərzində GUAM ölkələri siyasi və iqtisadi əməkdaşlıq sahəsində müəyyən problemlər, çətinliklərlə üzləşiblər. Buna baxmayaraq, üzv ölkələr GUAM-ı etibarlı təşkilat kimi formalaşdırmağı bacardılar. İnanıram ki, GUAM daha güclü təşkilata çevrilə biləcək”,


“GUAM ölkələrinin azad iqtisadi zonasının yaradılması istiqamətində bu ilin sonunadək müəyyən irəliləyişlərin olacağını gözləyirik” - deyə, M.Canelidze vurğulayıb.

scroll top