» » Tanzaniyada avtobusun gölə düşməsi nəticəsində 12 nəfər ölüb

Tanzaniyada avtobusun gölə düşməsi nəticəsində 12 nəfər ölüb


Tanzaniyanın şimalında mini sərnişin avtobusu Viktoriya gölünə düşüb.


ucarliyiq.biz xəbər verir ki, bu barədə yerli KİV-ə istinadən RİA "Novosti" məlumat yayıb.


Qəza nəticəsində 12 nəfər həyatını itirib.


Bərə keçidinə doğru hərəkətdə olan nəqliyyat vasitəsi orada sərnişinləri endirməli imiş, lakin yoldan çıxaraq suya düşüb. Üç sərnişin hadisə şahidləri tərəfindən xilas edilib.

scroll top