» » Azərbaycanın investisiya imkanları Latviyada nümayiş etdirilib

Azərbaycanın investisiya imkanları Latviyada nümayiş etdirilib


Latviya Diplomatik Klubunda Azərbaycanın iqtisadi potensialının populyarlaşdırılması və xarici investisiyaların cəlb edilməsinə həsr olunmuş tədbir keçirilib.


Azərbaycanın Latviyadakı səfirliyinin mətbuat xidmətindən ucarliyiq.biza verilən məlumata görə, tədbirdə Latviyanın biznes dairələrinin, bank sektorunun nümayəndələri, xarici ölkələrin səfirləri və diplomatları iştirak ediblər.


Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov tədbirdə "Müasir mərhələdə Azərbaycanın iqtisadi inkişafı" mövzusunda çıxış edib.


Səfir ölkəmizin iqtisadi uğurları barədə söhbət açaraq Azərbaycanın hərtərəfli inkişaf etdiyini vurğulayıb. Aqrar sənaye kompleksində islahatların geniş miqyas almasını vurğulayan səfir ölkəmizdə güclü sahibkarlar sinfinin formalaşdığını diqqətə çatdırıb. C.Axundov, həmçinin Azərbaycanda yaradılmış texnoloji parklar, Azərbaycanın turizm imkanları, əcnəbi sərmayədarların fəaliyyəti üçün əlverişli mühit barədə söhbət açıb.


Sonda tədbir iştirakçıları səfirə onları maraqlandıran suallarla müraciət ediblər.

scroll top