» » Ermənistanda cəzaçəkmə müəssisəsinin rəisi rüşvətə görə həbs olunub

Ermənistanda cəzaçəkmə müəssisəsinin rəisi rüşvətə görə həbs olunub


Ermənistanın “Vanadzor” cəzaçəkmə müəssisəsinin rəisi Gevorq Mkrtçyan həbs olunub. 


“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.


G.Mkrtçyan məhbuslardan rüşvət almaqda ittiham olunur. Məlumata görə, o, xidməti vəzifəsindən sui-istifadə edərək, məhbuslardan davamlı olaraq rüşvət alırmış.


G.Mkrtçyanla yanaşı, müəssisənin əməliyyat üzrə rəisi, habelə əməliyyat zamanı rüşvət verən şəxs də saxlanılıb.

scroll top