» » Azərbaycan qış turizmi üzrə MDB ölkələri arasında ilk onluqdadır

Azərbaycan qış turizmi üzrə MDB ölkələri arasında ilk onluqdadır


Azərbaycan dağ-xizək turizmi üzrə MDB ölkələrinin reytinqində ilk onluğa düşüb. Belə ki, reytinqdə Azərbaycanın “Şahdağ” Turizm Mərkəzi və “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi müvafiq olaraq II və VIII yerləri tutub.


“Report” bu barədə "TurStat" analitik agentliyinin 2017-2018-ci illərdə qış turizmi üzrə hazırladığı reytinqə istinadən xəbər verir.


Reytinqdə Şımbulak (Qazaxıstan) birinci olub. Daha sonra Şahdağ (Azərbaycan), Silici (Belarus), Tsaxkadzor (Ermənistan), Çimqan (Özbəkistan), Karakol (Qırğızıstan), Loqoysk (Belarus), Tufandağ (Azərbaycan), Altay Alpı (Qazaxıstan) və Yakutiya dağları (Belarus) sıralanıb.


Top-15-ə həmçinin Qudairi və Bakuriani (Gürcüstan), Bukovel və Draqobrat (Ukrayna) və Nurtau (Qazaxıstan) daxil olub.

scroll top