» » “Azərsu” balansında olmayan ərazidən keçən kanalı bərpa edir

“Azərsu” balansında olmayan ərazidən keçən kanalı bərpa edir

“Azərsu” balansında olmayan ərazidən keçən kanalı bərpa edir
© Report

“Azərsu” ASC Binəqədi rayonu ərazisindən keçən açıq kanalın təmizlənməsi və bərpası işlərinə başlayıb. Bunu “Report”a qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.


A.Cəbrayıllının sözlərinə görə, “Azərsu”nun sədri Qorxmaz Hüseynov və Binəqədi rayonunun icra başçısı Xaləddin İsgəndərov əraziyə baş çəkiblər: “Kanalın bəzi hissələrinin üzərində müxtəlif sənaye və ictimai iaşə obyektləri tikilib və həmin yerlərdə açıq kanal diametri 500 mm olan boru ilə əvəzlənib. Bu səbəbdən də kanalın ötürücü gücü azalıb. Əslində sovet vaxtı çəkilmiş həmin açıq kanal bizim balansımızda deyil. Amma əhalinin narazılığını nəzərə alaraq, kanalın təmizlənməsinə və bərpasına başladıq. Açıq kanal Böyükşor gölünə tökülür və həmin hissəyə qədər təmizlənəcək”.


“Azərsu” sözçüsü deyib ki, qeyd edilən kanalın ötürücü gücünün bərpa edilməsi Böyükşor gölünün səviyyəsinə təsir etməyəcək: “Bildiyiniz kimi, Nazirlər Kabinetinin razılığı ilə 13 layihə icra etmişik. Onlardan biri də Böyükşor gölündə suyun səviyyəsinin tənzimlənməsi ilə bağlı layihədir. Məhz bu layihə çərçivəsində gölün üzərində qurulmuş xüsusi nasos vasitəsi ilə onun səviyyəsini 1 metrədək aşağı salmağa nail olduq”.


A.Cəbrayıllı Binəqədi yolunda aparılan işlərin də yekunlaşdığını qeyd edib: “Binəqədi yolunda işlərimiz artıq yekunlaşıb. Görülən işlər çərçivəsində həmin yolda 2,9 km uzunluğunda yağış-kanalizasiya ötürücü boruları çəkmişik”.

scroll top