» » NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşü noyabrın əvvəlində Brüsseldə keçiriləcək

NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşü noyabrın əvvəlində Brüsseldə keçiriləcək


NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin planlaşdırılan görüşü noyabrın 8-9-da Brüsseldə keçiriləcək.


ucarliyiq.biz xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının mətbuat xidməti məlumat yayıb. 


Məlumata görə, görüşün gündəliyi dəqiqləşdirilir.


TASS-ın NATO-dakı mənbəyi nazirlərin iki əsas məsələni - NATO-nun Əfqanıstan missiyasının sayını artırmaq və Şərqi Avropada əlavə NATO qüvvələrinin yerləşdirilməsi, o cümlədən Baltikyanı ölkələr və Polşada Alyansın dörd çoxmillətli döyüş qrupunun yerləşdirilməsi, Rumıniyada təlim briqadasının yaradılması, bölgəyə mümkün dəstək transferi üçün Rusiya ilə sərhəd yaxınlığında texnika və silah anbarının yaradılması kimi məsələləri nəzərdən keçirəcəklərini bildirib.


"Eyni zamanda, "Qətiyyətli dəstək" qeyri-döyüş missiyasının gücləndirilməsi məqsədi ilə ABŞ-ın NATO-dakı müttəfiqləri tərəfindən əlavə 1000 hərbçinin ayrılması müzakirə olunacaq", - mənbə qeyd edib.

scroll top