» » Almazbek Atambayev: “ABŞ-a dünyada demokratiyanın bərqərar olması lazım deyil”

Almazbek Atambayev: “ABŞ-a dünyada demokratiyanın bərqərar olması lazım deyil”


“ABŞ-ın Özbəkistana hərbi texnika verməsi ilə bağlı qərarından heyrətləndim”.


“Report” “CA-NEWS”a istinadən xəbər verir ki, bunu Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev “Eurasia Group” analitik mərkəzi və “Time” jurnalının icmalçısı İen Bremmerə müsahibəsində bildirib.


“Mən ABŞ Prezidenti Barak Obamanın pərəstişkarlarından idim. 2014-cü ildə Özbəkistanın mərhum prezidenti İslam Kərimov da belə demişdi: “Yəqin bölgədə müharibə olacaq”. Bundan sonra ABŞ Özbəkistana əvəzsiz olaraq 328 zirehli hərbi maşın verəndə heyrətləndim. Onda ABŞ hakimiyyəti və Dövlət Departamentinin əməli məndə təəccüb doğurdu. ABŞ-dan sərmayə və yardım demokratik Qırğızıstana getmir, ancaq Özbəkistana hər birinin qiyməti yarım milyon dollar olan 328 zirehli texnka verilir. Bundan sonra ABŞ-ın o vaxtkı dövlət katibi Con Kerri Qırğız Respublikasına səfər etmişdi. Mən ondan soruşdum: belə olan halda siz demokratiya ilə bağlı ucadan necə danışa bilirsiniz? Mən 6 ildir prezidentəm. ABŞ xalqı deyil, hakimiyyəti tərəfindən həmişə belə münasibət görmüşəm. ABŞ-a gəldikdə isə biz başa düşdük ki, onlara neft, təbii qaz və özlərinə lazım olan başqa maraqlar daha vacibdir. ABŞ-a dünyada demokratiyanın bərqərar olması lazım deyil. Barak Obama məni məyus etdi. İndiki prezident isə yalnız ABŞ-ın işləri ilə məşğul olacağını deyir”, - o vurğulayıb.  

scroll top