» » AZAL Banqkok və Ciddəyə uçuşlar üzrə aksiya keçirir

AZAL Banqkok və Ciddəyə uçuşlar üzrə aksiya keçirir


“Azərbaycan Hava Yolları” QSC (AZAL) Banqkok (Tailand) və Ciddə (Səudiyyə Ərəbistanı) istiqamətlərindəki uçuşlar üzrə aksiya keçirir.


“Report” AZAL-a istinadən xəbər verir ki, bu gündən başlayaraq oktyabrın 29-na qədər qiymətlər Bakı-Banqkok-Bakı aviareysi üzrə 599 avro, Bakı-Ciddə-Bakı aviareysi üzrə isə 399 avro təşkil edəcək.


Bu məbləğə bütün rüsum və yığımlar, baqajın pulsuz daşınması (23 kq-a kimi), soyuq və isti yeməklərin tam çeşidi daxildir.


Aksiya çərçivəsində uçuş tarixləri bu il oktyabrın 29-dan gələn il martın 1-nə kimidir. Aviareyslər komfortlu “Boeing-767” (Bakı-Banqkok) və “Airbus A320” (Bakı-Ciddə) markalı sərnişin təyyarələri ilə yerinə yetiriləcək.


“Qış ayları Banqkoku ziyarət etmək üçün ən əlverişli vaxt hesab edilir. Tayland paytaxtına turistik görməli yerləri ziyarət etmək, canlı gecə həyatı və hər zövqə uyğun əyləncə üçün üçün getməyə dəyər. Tayland mətbəxi bir çox turistin Banqkok səfəri üçün daha bir səbəbidir. Ekzotik, qeyri-adi və sərfəli Tayland yeməkləri ən tələbkar qurmanı belə razı sala bilər.


Qış fəsli həmçinin Səudiyyə Ərəbistanı da səyahət etmək üçün çox uğurlu vaxtdır. Ölkənin qərbində yerləşən Ciddə şəhəri həcc ziyarətinin mərkəzi kimi məşhurdur. Burada XX əsrin sonlarında yaradılmış müasir heykəltəraşlıq abidələri geniş şəkildə təqdim olunur. Şəhər və ətrafında çoxsaylı qum çimərlikləri mövcuddur. Yaxın mərcan riflərində dayvinq burada çox məşhurdur”, - deyə məlumatda qeyd olunub.


Aviabiletləri www.azal.az saytında bronlaşdırmaq, AZAL-ın kassalarında və rəsmi agentliklərində əldə etmək mümkündür.


Sözügedən reyslərdə sərnişinlər AZAL Miles bonus proqramından istifadə edə bilərlər. AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında (www.miles.azal.az) verilib. Proqram iştirakçısı olmayan şəxslər onlayn qeydiyyatdan keçə bilər. Balların avtomatik hesablanması üçün aviabiletin alınması prosesində müvafiq xanada “AZAL Miles” iştirakçısının unikal nömrəsini daxil etmək kifayətdir.


Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlamaq olar. (012) 598-88-80; Azərbaycandan zənglər üçün qısa nömrə: *8880 E-poçt: callcenter@azal.az


AZAL Miles bonus proqramı ilə bağlı sualları azalmiles@azal.az e-poçt ünvanına və yaxud www.azal.az. saytındakı əlaqə forması vasitəsilə göndərmək olar.

scroll top