» » Fransadakı tətil Bakı-Paris aviareyslərinə təsir etməyib

Fransadakı tətil Bakı-Paris aviareyslərinə təsir etməyib


Fransada dövlət qulluqçularının tətili ilə əlaqədar aviareyslərin 30%-i təxirə salınıb. 


“Report” bu barədə TASS agentliyinə istinadən xəbər verir.


Fransada aviareyslərin əsas idarəedicisi aviaşirkətlərə Paris, Bordo, Lion, Nitsa, Marsel, Tuluza aeroportlarından uçuşları azaltmaq üçün müraciət edib. Bununla bağlı sərnişinlərə uçuşdan əvvəl reysləri haqqında məlumat almaq üçün aviaşirkətlə əlaqə saxlamaları məsləhət olunur.


Məlumata əsasən, “Air France” çərşənbə axşamına olan uçuş proqramının 75%-ni təxirə salır. Britaniya loukosteri “Easyjet” də Fransaya bazar ertəsi və çərşənbə axşamı üçün 104 reysin təxirə salındığını bildirib. İrlandiyanın “Ryanair” şirkəti də avaidispetçerlərin tətili ilə bağlı 220 reysi təxirə saldığını açıqlayıb.


Bakı beynəlxalq aeroportundan ucarliyiq.biza bildirilib ki, Fransaya olan uçuş qrafikində (AZAL-ın aviareysləri) hələlik heç bir dəyişiklik yoxdur.


Həmkarların məlumatına əsasən, çərşənbə axşamı Fransanın hər yerində 150 yığıncaq keçiriləcək. Bu tətillərdə hökumət tərəfindən təklif olunan tədbirlərə qarşı çıxan 5,4 mln. fransızın iştirakı gözlənilir. Onlar xüsusilə də iş yerlərinin azaldılmasına etiraz edir, rəsmi maaşların indeskləşdirilməsini tələb edirlər. Qeyd edək ki, tətil aeroportla yanaşı xəstəxanaların, təhsil müəssisələrinin və hüquq-mühafizə orqanlarının işinə təsir edəcək.

scroll top