» » Xırdalanda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Xırdalanda elektrik enerjisinin verilişində fasilələr yaranacaq


 Oktyabrın 10-12-də saat 11:00-dan 15:30-a qədər Xırdalan şəhəri 22, 24, 25, 26, 28, 30-cu məhəllərdə, kənd Xırdalan və Masazır qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq. 


Bu barədə ucarliyiq.biza "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.


T.Mustafayevin sözlərinə görə, fasiləyə səbəb "Azərenerji” ASC-yə məxsus 110 kV-luq I Binəqədi hava elektrik verilişi xəttində aparılan yenidənqurma işləridir.


Yaranmış narahatçılığa görə “Azərişıq” İstehlakçılardan üzr istəyir.

scroll top