» » Kataloniya parlamenti binasının yerləşdiyi park bağlanıb

Kataloniya parlamenti binasının yerləşdiyi park bağlanıb

Kataloniya parlamenti binasının yerləşdiyi park bağlanıb
© Flickr

İspaniyanın Kataloniya əyalətinin polisi Barselonada parlament binasının yerləşdiyi Syutadel parkını təhlükəsizlik baxımından bağlayıb.


“Report” TASS-a istinadən xəbər verir ki, bu məlumatı əyalətin hüquq-mühafizə orqanları yayıb.


İnformasiyaya əsasən, oktyabrın 10-u Bakı vaxtı ilə saat 20.00-da əyalətin başçısı Karles Puçdemon parlamentə gedəcək. Onun çıxış edəcəyi mövzu hələlik məlum deyil.


Qeyd edək ki, oktyabrın 1-də Kataloniyada “müstəqilliklə bağlı referendum” keçirilib. “Referendum”u bir çox dövlət, o cümlədən Azərbaycan qanunsuz adlandıraraq, İspaniyanın ərazi bütövlüyünü tanıdıqların bildirib.

scroll top