» » MDB ölkələrinin XİN başçıları Soçi görüşündə hərbi əməkdaşlıq və terrorla mübarizə barədə sənədləri razılaşdırıblar

MDB ölkələrinin XİN başçıları Soçi görüşündə hərbi əməkdaşlıq və terrorla mübarizə barədə sənədləri razılaşdırıblar

MDB ölkələrinin XİN başçıları Soçi görüşündə hərbi əməkdaşlıq və terrorla mübarizə barədə sənədləri razılaşdırıblar
© cis.minsk.by

Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin xarici işlər nazirləri (XİN) Soçi görüşündə bir sıra sənədlər, o cümlədən hərbi əməkdaşlıq və terrorla mübarizə barədə sənədlər üzrə razılığa gəliblər. 


Bu barədə ucarliyiq.biz "İnterfaks"a istinadən xəbər verir.


Eyni zamanda "MDB dövlətlərinin hava-kosmik müdafiə məsələlərin həlli üzrə birgə hava hücumundan müdafiə sistemlərinə adaptasiyasının əsas istiqamətləri layihəsi" üzrə razılıq əldə olunub.


Bundan savayı, "Korrupsiyaya qarşı mübarizədə ölkələr arasında əməkdaşlıq konsepsiyası layihəsi" və "Terrorizm və ekstremizmin digər zorakı təzahürləri, habelə onların maliyyələşdirilməsinə qarşı mübarizədə informasiya mübadiləsi barədə saziş layihəsi" razılaşdırılıb.


Qeyd edək ki, iclasda Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov da iştirak edib.

scroll top