» » OPEC ABŞ-ı şist neft hasilatını azaltmağa çağırıb

OPEC ABŞ-ı şist neft hasilatını azaltmağa çağırıb


OPEC-in baş katibi Məhəmməd Barkindo ABŞ-da şist neft hasil edən şirkətləri neft bazarında artıq ehtiyatları tənzimləmək üçün hasilatı azaltmağa çağırıb. 


ucarliyiq.biz TASS agentliyinə istinadən xəbər verir ki, bunu M.Barkindo Nyu-Dehlidə keçirilən "Cera week" konfransında deyib.


"Şimali Amerikadan olan dostlarımızı məsuliyyəti bizimlə tam bölüşmək üçün işin ciddiyətini tam anlamağa çağırıram. Neft bazarında artıq ehtiyatlar var", - deyə OPEC başçısı qeyd edib.


M.Barkindo həmçinin Amerikadan başqa digər neft hasil edən ölkələrin də hasilatı azaldacağına ümid etdiyini bildirib.


Qeyd edək ki, ABŞ-da bu ilin sonuna qədər şist neft hasilatının artması hesabına məcmu hasilatın 10 mln. barel/günü keçəcəyi gözlənilir. Hazırda ABŞ-da gündəlik neft hasilatı 9,56 mln. barel təşkil edir. 

scroll top