» » Ermənistan ordusunun daha bir hərbçisi müəmmalı şəraitdə ölüb

Ermənistan ordusunun daha bir hərbçisi müəmmalı şəraitdə ölüb


Ermənistan silahlı qüvvələrində müqavilə əsasında buldozerçi vəzifəsində xidmət edən sıravi Murad Ovanesyan oktyabrın 4-də müəmmalı şəkildə ciddi bədən xəsarətləri alıb.


ucarliyiq.bizun xəbərinə görə, ağır vəziyyətdə təcili xəstəxanaya yerləşdirilən 1964-cü il təvəllüdlü M.Ovanesyanın halı daha da pisləşdiyindən həkimlər onun həyatını xilas edə bilməyib.


Müəmmalı şəraitdə xəsarət alan buldozerçi Murad Ovanesyan qısa müddət ərzində xəstəxanada ölüb.


Hadisə ilə bağlı Ermənistanın hüquq-mühafizə orqanları araşdırma aparır.

scroll top