» » NATO-nun baş katibi Türkiyənin Rusiyadan “S-400” almasını müdafiə edib

NATO-nun baş katibi Türkiyənin Rusiyadan “S-400” almasını müdafiə edib

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksi almasını müdafiə edib.


“Report” "Haber7"yə istinadən xəbər verir ki, bu barədə Yens Stoltenberq NATO-nun Qara Dəniz Qüvvələrinin qurulması ilə bağlı Rumıniyada keçirilən toplantıdan geri dönərkən təyyarədə jurnalistlərə danışıb.


“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla sentyabrda görüşümüzdə bu məsələni danışdıq. Ondan müxtəlif dövlətlərin belə sistemləri satın almasının milli qərar olduğunu söylədim. Türkiyənin Rusiyadan “S-400” zenit-raket sistemini alması Şimali Atlantika Alyansı üçün alternativ axtarışı deyil”, - baş katib vurğulayıb.


Onun sözlərinə görə, Türkiyə prezidenti, habelə ölkənin başqa rəsmi şəxsləri NATO-nun güclü üzvü olaraq qalmağa davam edəcəklərini də söyləyiblər: “Ankara “S-400” almaq qərarı ilə bağlı NATO-dakı müttəfiqlərini məlumatlandırmağa hazır olduğunu bildirib. Ərdoğan “S-400”lə yanaşı, Fransa və İtaliydan “SAMP-T” hava hücumundan müdafiə sistemi almaq istiqamətində müzakirələr apardıqlarını da söyləyib”.

scroll top