» » Tramp Tillersona IQ-lərini müqayisə etməyi təklif edib

Tramp Tillersona IQ-lərini müqayisə etməyi təklif edib

Tramp Tillersona IQ-lərini müqayisə etməyi təklif edib
© AP Photo

ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonun onun haqqında xoşagəlməz söz işlədəcəyi təqdirdə, ikisi arasında intellektin əmsalını müəyyənləşdirəcək testin (IQ test) keçirilməsini təklif edib.


ucarliyiq.biz xəbər verir ki, D.Tramp bu barədə "Forbes" jurnalına müsahibəsində bildirib.


"Məncə, bunlar qurama xəbərlərdir. Amma o, həqiqətən, belə deyibsə, IQ testlə özümüzü müqayisə etməliyik. Kimin qazanacağını isə indidən deyə bilərəm", - D.Tramp vurğulayıb.


Xatırladaq ki, ötən həftə "NBC News" telekanalı Tillersonun Tramp haqqında xoşagəlməz ifadə işlətdiyini və yayda postunu tərk etmək niyyətində olduğunu, amma vitse-prezident Mayk Pensin onu dilə tutmasından sonra fikrindən daşındığını xəbər verib. Tillerson, öz növbəsində, bu məlumatları təkzib edib.

scroll top